Milli futbolçumuzdan məhsuldar ötürmə

Milli futbolçumuzdan məhsuldar ötürmə

Şotlandiyada Gənclər İnkişaf Liqasının (U-20) 22-ci turunun oyunları keçirilib. Fanat.az xəbər verir ki, U-19 yığmamızın şərəfini qoruyan Cem Fələk formasını geyindiyi "Aberdin" hesabat turunda qələbə qazanıb.

"Dandi Yunayted"in qonağı olan komanda 2:0 hesablı qələbə qazanıb. Fələk bu görüşdə 90 dəqiqə forma geyinib və ilk qolun məhsuldar ötürməsinin müəllifi olub.

Qeyd edək ki, "Aberdin" bu qələbədən sonra xal ehtiyatını 52-yə yüksəldib və turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər