Messinin yeni müqaviləsinin detalları açıqlandı - 600 milyon qiymət qoyuldu

Messinin yeni müqaviləsinin detalları açıqlandı - 600 milyon qiymət qoyuldu
Lionel Messinin "Barselona" ilə yeni müqaviləsinin bəzi detalları açıqlanıb.
Fanat.Az "L Esportiu de Catalunya"ya istinadən xəbər verir ki, argentinalı ulduz 5 illik müqavilə imzalayacaq. Anlaşmaya əsasən, 34 yaşlı futbolçu 2022/23 mövsümün sonunda karyerasını başa vura bilər. Buna təcrübəli oyunçunun özü qərar verə bilər. Həmçinin o, 2 ildən sonra ABŞ-ın MLS liqasına yollana bilər.
Messinin yeni müqavilə üzrə "Barselona"dakı ilk mövsüm üçün məvacibi 20 milyon avro olacaq. Bu indiki maaşından 50 faiz azdır.
Növbəti mövsümdə isə məbləğ artırılacaq. Tərəflər 2023-cü ildə əməkdaşlığa son qoysa, ulduz futbolçuya böyük məbləğdə təzminat ödəniləcək. Amma Messi "Barselona"da qalacağı təqdirdə maaşı yenidən azaldılacaq.
Yeni sözləşmədə hücumçunun təzminat qiyməti 600 milyon avro göstəriləcək.
Qeyd edək ki, Lionel Messi ötən mövsüm İspaniya La Liqasında 35 oyuna 30 qol vurub və 11 məhsuldar ötürmə edib. Onun hesabında Çempionlar Liqasının 6 qarşılaşmasında 5 qol və 2 məhsuldar ötürmə də var.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər