Messinin "Barselona" ilə müqaviləsi bitdi - Hara gedəcək?

Messinin "Barselona" ilə müqaviləsi bitdi - Hara gedəcək?
Lionel Messinin "Barselona" ilə oln müqaviləsinin müddəti başa çatıb.
Fanat.Az xəbər verir ki, Argentina millisinin üzvü bu gündən - 1 iyul tarixindən azad agent olub. İndilik "Barselona" və Messi arasında yeni müqavilə imzalanmayıb. 
Qeyd edək ki, Messi 2003-cü ildən "Barselona"da çıxış edib. O, komandanın heyətində 10 dəfə İspaniya çempionu olub, 7 dəfə "Kral Kuboku"nu, 8 dəfə İspaniya Super Kubokunu, 4 dəfə Çempionlar Liqasını, 3 dəfə UEFA-nın Super Kubokunu və klublararası dünya çempionluğunu qazanıb.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər