PSJ-nin argentinalı ulduzu Lionel Messi Barselona şəhərinə yollanıb.
Fanat.Az "Sport24.ru" saytına istinadən xəbər verir ki, o, səfəri çərçivəsində "Barselona"nın baş məşqçisi Xavi və kapitanı Serxio Busketslə görüşüb.
Onlar şəhər restoranlarından birində nahar ediblər.
Daha əvvəl bildirilmişdi ki, Messinin həyat yoldaşı Fransadakı həyatdan narazıdır və futbolçunu "Barselona"ya qayıtmasını istəyir.
Emin