"Messi və İnyesta da "Barselona"ya qayıda bilər" - Joan Laporta

"Messi və İnyesta da "Barselona"ya qayıda bilər" - Joan Laporta

"Lionel Messi və Andres İnyesta "Barselona"ya qayıda bilər. Onların qayıdışını istisna etmirəm".

Fanat.Az xəbər verir ki, bunu 38 yaşlı müdafiəçi Dani Alvesin təqdimat mərasimində Kataloniya klubunun prezidenti Joan Laporta deyib.

Klub başqanı "Barselona"nın canlı əfsanələriylə bağlı vəziyyətə belə aydınlıq gətirib:

"Gördüyünüz kimi, artıq Dani geri dönüb. Özü dediyi kimi, yaş sadəcə, rəqəmdir. Messi və İnyesta çox böyük futbolçulardır. Əslində indi də bizimlədirlər. Amma hazırda hər ikisinin öz klublarıyla müqaviləsi var. Hərçənd həyatda hər şey mümkündür".

Qeyd edək ki, 37 yaşlı İnyesta Yaponiyanın "Vissel Kobe", 34 yaşlı Messi isə Fransanın PSJ klubunun formasını geyinir.

Nihat    

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər