Messi "Barselona"ya qayıtmaq üçün şərt qoydu - SON DURUM

Messi "Barselona"ya qayıtmaq üçün şərt qoydu - SON DURUM

Cari mövsümün sonunda PSJ-dən ayrılacağı deyilən Lionel Messi "Barselona"ya qayıtmaq üçün klub rəhbərliyinin qarşısına şərt qoyub.

Fanat.Az xəbər verir ki, informasiyanı sosial şəbəkə hesabları üzərindən ispaniyalı jurnalist Mark Marba yayıb.

Mənbə argentinalı superulduzun Jerar Pikenin komandadan göndərilməsini istədiyini vurğulayıb. Messinin İspaniya millisinin üzvü Kataloniya təmsilçisində qalacağı halda, təklifi qəbul etməyəcəyi bildirilib.

Məlumata inansaq, iki futbolçu arasında münasibətlər son vaxtlar daha da gərginləşib. Onların hətta Messi "Barselona"da olduğu son mövsümdə bir-biri ilə ünsiyyət qurmadıqları diqqətə çatdırılıb.

Qeyd edək ki, daha öncə Pikenin "Atletiko Madrid"ə keçəcəyi ilə bağlı xəbər yayılıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər