PSJ-nin hücumçusu Lionel Messi "Barselona"ya qayıda bilər.
Fanat.Az xəbər verir ki, bu barədə argentinalı ulduz "Sport.es"ə açıqlamasında danışıb.
O, sabiq klubuna hansı rolda qayıdacağını bildirib:
"Bəli, həmişə demişəm ki, kluba kömək edəcəm. Mən gələcəkdə klubda texniki katib olmaq istərdim. "Barselona"ya yenə də bacardığım qədər töhfə vermək istəyirəm. Çünki bu mənim sevdiyim klubdur və onun dünyanın ən yaxşılarından biri olaraq qalmasını istərdim."
Xatırladaq ki, Messi 2003-cü ildən 2021-ci ilədək "Barselona"nın şərəfini qoruyub.
Emin Şəmsiyev