"Messi "Barselona"ya dönməyəcək, nə qədər ki..." - İDDİA

"Messi "Barselona"ya dönməyəcək, nə qədər ki..." - İDDİA

Diqqətini dünya çempionatına yönəldən Lionel Messinin PSJ-ni yenidən "Barselona"ya dəyişəcəyi ilə bağlı iddiaya son qoyulub.

Fanat.Az ulduz hücumçunun Kataloniya klubuna qayıdacağı ilə bağlı ehtimalı tanınmış ispaniyalı jurnalist Eduardo İnda "El Chiringuito de Jugones" proqramında şübhə altına salıb. 

O, "Qızıl top"un yeddiqat qalibinin "Barselona"ya yalnız bir halda dönə biləcəyini deyib ki, bu da indiki məqamda mümkünsüz görünür: "Mən əvvəl demişdim ki, Messi “Barsa”ya qayıda bilər. Ancaq onun qohumları bu yaxında mənə bildirdilər ki, Lionel Laportanı bağışlamadığı üçün indi qayıtmayacaq. 2021-ci ildə tətilə getdi və qayıdanda artıq klubun oyunçusu deyildi. Leo geri qayıtmaq istəyir, lakin nə qədər ki, Laporta oradadır, o, dönməyəcək". 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər