Argentinalı ulduz Lionel Messi klubu "Barselona" ilə müqaviləni yeniləməyə razılıq verib.
Fanat.Az "Diario Sport"a istinadən xəbər verir ki, tərəflər arasında 5 illik müqavilə imzalanacaq.
Müqavilənin şərtlərinə əsasən, Messinin məvacibi 50 fazi azalacaq.
34 yaşlı hücumçu maliyyə sıxıntısı yaşayan klubunu çətin günlərdə buraxmaq istəməyib.
Qeyd edək ki, bir neçə gün öncə klub rəhbərliyi Messi ilə sadəcə 2 illik müqavilə bağlanacağını bildirmişdi.
Emin Şəmsiyev