"Mançester Yunayted"in və Dortmund "Borussiya"sının sabiq yarımmüdafiəçisi Sindzi Kaqava son klubu PAOK-la olan müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verib.
Fanat.Az-ın məlumatına görə, yapon futbolçu şəxsi "Twitter" hesabında Yunanıstan təmsilçisində ümidləri doğrulda bilmədiyi üçün üzrxahlıq edib:
"Hörmətli azarkeşlər, oyunçular və PAOK təmsilçiləri, ümidlərinizi doğrulda bilmədiyim üçün hamınızdan üzr istəyirəm. Dəstəyinizə görə minnətdaram. Hər birinizə Ən xoş arzular diləyirəm. Sağ olun".
"Sereso Osaka"nın yetirməsi olan Kaqava 2010-cu ildə sözügdən Yaponiya təmsilçisindən "Borussiya"ya transfer olunmuşdu. 2012-ci ildə isə Bundesliqa klubunu "Mançester Yunayted"ə dəyişən asiyalı oyunçu "qırmızı şeytanlar"ın sıralarında 2 il keçirəndən sonra "Borussiya"ya qayıtmışdı.
Sindzinin PAOK-dan əvvəlki iş yeri 2020-ci ilin oktybarında tərk etdiyi "Saraqosa" olub.