Məşhur pilot "Barselona" formasına imza atmadı

Məşhur pilot "Barselona" formasına imza atmadı

"Ferrari"nin ispan pilotu Karlos Sayns Formula 1 üzrə Fransa Qran Prisindən sonra ondan avtoqraf istəyən azarkeşi məyus edib.

Fanat.Az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, fanatlardan biri ona "Barselona"nın futbolkasını uzatsa da, Sayns xahişi bir cümlə ilə geri çevirib:

"Yox, mən bu formaya imza atmayacağam".

Xatırladaq ki, Karlos Sayns "Barselona"nın əzəli rəqibi "Real Madrid"in sadiq azarkeşidir. Sözügedən pilot dəfələrlə Madrid nəhənginin ev oyunlarını tribunadan izləyərkən görüntülənib.

Nihat  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər