Məşhur məşqçi futbolçusuna hücum çəkdi - VİDEO

Məşhur məşqçi futbolçusuna hücum çəkdi - VİDEO

"Birmingem Siti"nin keçmiş baş məşqçisi, hazırda İtaliya C Seriyasında “Triestina”nı çalışdıran Pep Klotet futbolçusu ilə insident yaşayıb. 

Fanat.Az xəbər verir ki, italiyalı mütəxəssis "Cana Erminio" ilə matçda meydandan qovulan Raymonds Krollisə hücum çəkib.   

"Triestina"nın azlıqda qalması çalışdırıcının kəskin narazılığına səbəb olub. Məşqçi meydanı tərk edən futbolçunu itələyib və yaxasından tutaraq silkələyib.

Qarşılaşmanın sonunda “Triestina” 0:1 hesabı ilə məğlub olub.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər