Meksikanın "Tlaskala” futbol klubu maraqlı addım atıb.
Fanat.Az xəbər verir ki, üçüncü liqa təmsilçisi "Yuventus”u tərk edəcəyi ilə bağlı xəbərlər yayılan Kriştianu Ronaldunu transfer etdiyini açıqlayıb. "Tlaskala” "Twitter” səhifəsində portuqaliyalı ulduzun klubun forması ilə fotosunu dərc edib.
Klub Ronaldu ətrafında gəzən söz-söhbətə istehza ilə yanaşmağa çalışıb.