Mazraui "Barselona"ya "transferindən" danışdı

Mazraui "Barselona"ya "transferindən" danışdı

"Ayaks"ın müdafiəçisi Nussair Mazraui "Barselona"nın maraq dairəsində olması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

Fanat.Az xəbər verir ki, tanınmış futbol insayderi  Fabritsio Romano 24 yaşlı futbolçunun dediklərini belə çatdırıb:

“Barselona” ilə heç bir razılaşma olmayıb, hətta buna yaxın bir şey də yoxdur. Əks-halda, mən hər şeyi vicdanla, olduğu kimi söyləyərdim".

Xatırladaq ki, cari mövsüm Mazraui bütün turnirlərdə 29 matçda iştirak edib. O, beş qol vurub və dörd məhsuldar ötürmə edib.

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər