Markus Raşford "Liverpul" üzərində qələbəni şərh etdi

Markus Raşford "Liverpul" üzərində qələbəni şərh etdi

"Mançester Yunayted"in hücumçusu Markus Raşford komandasının İngiltərə Premyer Liqasının 3-cü turunda "Liverpul" üzərində qazandığı qələbəni (2:1) şərh edib.

Fanat.Az xəbər verir ki, "qırmızı şeytanlar"ın forvardı klubun saytına danışıb:

"Oyuna yüksək templə başladıq. Bir neçə əlverişli fürsət yaxaladıq. Təəssüf ki, dəyərləndirməyi bacarmadıq. Sona yaxın yorulsaq da, meydanda işləməyə davam etdik. Onlar qol vursalar da, təslim olmadıq. Yaxşı müdafiə olunduq. Bu, əla oyun idi.

Düşünürəm ki, belə universal heyətlə xüsusilə hücumda daha fərqli oyun sərgiləyə bilərik. Əsas olan odur ki, uğursuz matçlardan sonra prinsipial görüşə kökləndik və qələbə qazandıq".

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər