"Bayern Münhen"lə 3 illik müqavilə bağlayan Sadio Mane Almaniya klubuna keçməmişdən öncə "Liverpul"un mətbuat xidmətinə müsahibə verib.
Fanat.Az-ın məlumatına görə, 30 yaşlı seneqallı ulduz İngiltərə klubunda oynadığı dönəmdə yaddaşında xüsusi iz buraxan anlardan da danışıb:
"Liverpul"da ən yaddaqalan anlar? Yaxşı və o qədər də çətin olmayan sualdır. Cavab verəcəyəm. İlk növbədə 2019-cu ildəki uğurumuzu qeyd edərdim. Hə, evdə "Barselona"nı yendiyimiz qarşılaşmanı heç vaxt unutmayacağam. Eləcə də Çempionlar Liqasının qalibi olmağımızı... Bu iki olayı xatırlamamaq mümkün deyil. Əlbəttə, başqa epizodlar da var. Amma mən ən parlaq anları vurğuladım".
Xatırladaq ki, Mane 2016-cı ildən formasını geyindiyi "Liverpul"da ümumilikdə 269 matça çıxıb. Bu qarşılaşmalarda 120 qol vuran afrikalı forvard 48 məhsuldar ötürmə ilə də diqqət mərkəzinə düşüb.
Nihat