"Mançester Yunayted"dən rekord transfer

"Mançester Yunayted"dən rekord transfer
"Mançester Yunayted" "Napoli"nin futbolçusu Xalidu Kulibalini transfer edir.
Fanat.Az İngiltərə mediasına istinadən xəbər verir ki, "qırmızı-şeytanlar" seneqallı mərkəz müdafiəçisi üçün rekord təklif hazırlayıb. İngilislər baş məşqçi Ole Qunnar Sulşerin istədiyi futbolçu üçün "Napoli"yə 100 milyon avro təklif edəcək. İtaliya klubu da Kulibalini məhz bu məbləğə satmağa razılıq verəcəyini açıqlamışdı.
Bu transfer baş tutsa, Kulibali dünyanın ən bahalı müdafiəçisi olacaq. Hazırda ən bahalı arxa xətt oyunçusu Virgil Van Diyk hesab olunur. O, 2018-ci ildə "Sautqempton"dan "Liverpul"a 85 milyon avroya transfer olunmuşdu.
Qeyd edək ki, Kulibali 2014-cü ildə "Genk"dən "Napoli"yə 8 milyon avroya transfer olunub. O, İtaliya klubunda 4,5 mövsümdə 194 oyun keçirib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər