"Mançester Yunayted" yay transferlərinə milyonlar xərcləyəcək - Məbləğ açıqlandı 

"Mançester Yunayted" yay transferlərinə milyonlar xərcləyəcək - Məbləğ açıqlandı 

Cari mövsümün sonundan "Mançester Yunayted"i çalışdıracağı dəqiqləşən Erik ten Haqa yeni transferlər üçün ayrılacaq maliyyə vəsaitinin məbləği bəlli olub.

Fanat.Az xəbər verir ki, informasiyanı "The Times" yayıb.

Mənbə "qırmızı şeytanlar"ın rəhbərliyinin 140 milyon avro xərcləməyə hazır olduğunu bildirib.Niderlandlı mütəxəssisin gələcək planlarına daxil olmayan bəzi futbolçular satılacağı halda, bu məbləğin artırılacağı vurğulanıb.

Qeyd edək ki, ten Haq MY ilə müddəti 2025-ci ilə qədər olan müqavilə imzalayıb. 

Nihat 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər