"Mançester Yunayted" onunla müqaviləni yeniləyəcək

"Mançester Yunayted" onunla müqaviləni yeniləyəcək

"Mançester Yunayted" futbolçusu Alexandro Qarnaço ilə müqaviləni yeniləməyə yaxındır. 

Fanat.Az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb. 

Onun sözlərinə görə, 18 yaşlı argentinalı vinger ilə danışıqlar müsbət cavaba doğru irəliləyir. 

Qeyd edək ki, Qarnaçonun "qırmızı şeytanlar" ilə müqaviləsi 2024-cu ilin yayında başa çatır. 

Xatırladaq ki, Alexandro 2020-2022-ci illərdə "Mançester Yunayted"in gənclər komandasında, 2022-ci ildən isə əsas komandada çıxış edir. 14 oyunda meydana çıxan gənc futbolçu 2 qola imza atıb. 

Röya

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər