"Mançester Yunayted" "Liverpul"un planını poza bilər

"Mançester Yunayted" "Liverpul"un planını poza bilər

"Mançester Yunayted" "Liverpul"a rəqib olub. 

Fanat.Az xəbər verir ki, "qırmızı şeytanlar" "Vulverhempton"un yarımmüdafiəçisi Mateus Nunyes uğrunda mübarizəyə qoşulub. 

Məlumatı "Football Insider" yayıb. 

Mançester klubunun baş məşqçisi Erik ten Haq gələn mövsüm yarımmüdafiə xəttini gücləndirməyi planlaşdırır. Skott Maktomineyin də komandanı tərk edəcəyi gündəmdədir. Niderlandlı mütəxəssis 24 yaşlı braziliyalı futbolçunu Skotta ideal əvəzləyici olaraq görür. 

Qeyd edək ki, Mateusu "Liverpul" da heyətinə qatmaq niyyətindədir. 

Röya

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər