"Mançester Yunayted" "Liverpul"la qarşı-qarşıya

"Mançester Yunayted" "Liverpul"la qarşı-qarşıya

"Mançester Yunayted" "Liverpul"un işinə əngəl ola bilər. 

Fanat.Az xəbər verir ki, "qırmızı şeytanlar" "mersisaydlılar"ın hədəfində olan futbolçuya göz dikiblər. 

Söhbət "Fulhem"in 27 yaşlı yarımmüdafiəçisi Joau Palinidən gedir. Məlumatı "The Sun" yayıb. 

Onu da qeyd edək ki, portuqaliyalı futbolçu həmçinin "Arsenal", "Çelsi", "Nyukasl" və "Tottenhem"in də diqqətini cəlb edib. 

Xatırladaq ki, Palininin "Fulhem" ilə müqaviləsi 2027-ci ilin iyun ayına qədərdir. 

Röya

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər