Emreli 300 min avrodan da çox qazanacaq - MƏBLƏĞ

Emreli 300 min avrodan da çox qazanacaq - MƏBLƏĞ
"Qarabağ"dan ayrılan Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin Polşanın "Legiya" klubunda qazanacağı məbləğ və müqaviləsinin müddəti açıqlanıb.
Fanat.Az xəbər verir ki, bu barədə Polşada fəaliyyət göstərən ispaniyalı jurnalist Eugenio Qonsales Agilera tvitterdə yazıb.
O, 24 yaşlı hücumçunun 3 illik müqavilə imzalayacağını və illik 450 min avro maaş alacağını bildirib.
Agilera bu keçidin qarşıdakı günlərdə rəsmən açıqlanacağını vurğulayıb.
Qeyd edək ki, Mahir Emreli 2015-ci ildən "Qarabağ"ın formasını geyinir. Onun Ağdam təmsilçisi ilə müqaviləsinin müddəti başa çatıb. Forvard Premyer Liqada 18 qolla bombardirlik yarışında ikinci olub. 
 
Fanat.Az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər