Mahir Emrelinin transfer qiyməti artdı - MƏBLƏĞ

Mahir Emrelinin transfer qiyməti artdı - MƏBLƏĞ

Azərbaycan millisinin və "Legiya"nın hücumçusu Mahir Emrelinin transfer qiyməti bahalaşıb.

Fanat.Az “Transfermarkt”a istinadən xəbər verir ki, hazırda millimizin futbolçusunun transfer dəyəri 2 milyon avroya qalxıb.

Mövsümün əvvəlində isə bu rəqəm 1 milyon avro idi. 24 yaşlı forvardın “Legiya”dakı çıxışı onun bazar dəyərinə də müsbət təsir göstərib. 

Qeyd edək ki, cari mövsümdə 19 rəsmi oyuna çıxan Mahir Emreli 10 qol vurub və 1 məhsuldar ötürmə edib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər