Madrid nəhəngi bu futbolçuya görə ulduzunu satır

Madrid nəhəngi bu futbolçuya görə ulduzunu satır

"Real Madrid"in sol müdafiəçisi Fran Qarsiya klubunu dəyişə bilər. 

Fanat.Az xəbər verir ki, İspaniya nəhəngi "Bayern Münhen"in müdafiəçisi Alfonso Deyvisya cinahda yer açmaq üçün Qarsiyanı satmağa hazırdır. 

Deyvisin cari mövsüm bitdikdən sonra "Kral klubu"na azad agent kimi keçəcəyi bildirilir. 

25 yaşlı Qarsiya "Real"ın yetirməsidir. O, bu mövsüm bütün yarışlarda 13 oyunda iştirak edib. Qarsiyanın klubla hazırkı müqaviləsinin müddəti 2027-ci ilə qədərdir. "Transfermarkt" futbolçunun dəyərini 15 milyon avro qiymətləndirir.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər