Madrid klubu mozambikli müdafiəçini transfer edir

Madrid klubu mozambikli müdafiəçini transfer edir

"Atletiko Madrid" Fransanın "Lill" klubunun sol cinah müdafiəçisi Reynildu Mandavanı heyətinə qatacaq.

Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış insayder Fabritsio Romano şəxsi "Twitter" hesabından yayıb.

Mənbə tərəflərin razılığa gəldiyini, mozambikli futbolçunun bu gün Madriddə tibbi müayinədən keçəcəyini açıqlayıb.

28 yaşlı Reynildu "Lill"də 2019-cu ildən çıxış edir. Ötən mövsüm Fransa çempionu olan afrikalı cari "futbol ili"ndə bütün turnirlər daxil olmaqla, "doqlar"ın formasıyla çıxdığı 27 görüşdə 1 qol vurub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər