"Atletiko" Braziliyanın "Fluminense" klubunun 20 yaşlı yarımmüdafiəçisi Markos Paulonu heyətinə qatıb.
Fanat.Az xəbər verir ki, Madrid təmsilçisi azad agent statusu daşıyan oyunçu ilə 5 illik müqavilə bağlayıb.
"Transfermarkt" portalı gənc "sambaçı"nın transfer qiymətini 9 milyon avro ilə dəyərləndir. Geridə qalan mövsümdə Braziliyanın A Seriyasında 24 matça çıxan Markos 3 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb.
Atilla