Macar futbolçu rəsmən “Liverpul”da

Macar futbolçu rəsmən “Liverpul”da

“Leypsiq”in yarımmüdafiəçisi Dominik Soboslai “Liverpul”a keçib.

Fanat.Az bu barədə İngiltərə klubunun rəsmi saytı məlumat yayıb.

Premyer Liqa təmsilçisi bu transfer üçün Almaniya klubuna 70 milyon avro ödəyib. Yarımmüdafiəçi yeni klubu ilə 5 illik sözləşmə imzalayıb. O, bu komandada 8 nömrəli formanı geyinəcək.

Soboslai 2021-ci ildən oynadığı “Leypsiq”də 91 oyuna 20 qol vurub. 22 yaşlı futbolçu Macarıstan yığmasında da 32 oyuna çıxıb, 7 qola imza atıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər