Mövsümün sonunda "Atletiko Madrid"dən ayrılan Luis Suaresin yeni iş yeri müəyyənləşib.
Fanat.Az xəbər verir ki, informasiyanı jurnalist Kristian Martin şəxsi "Twitter" hesabı üzərindən yayıb.
Mənbə azad agent statusu daşıyan 35 yaşlı forvardın Argentinanın "River Pleyt" klubu ilə müqavilə bağladığını açıqlayıb.
Qeyd edək ki, Suares son mövsümdə "Atletiko" forması ilə ümumilikdə 45 matça çıxaraq 16 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat