Luis Suares müqaviləsinin müddətini uzatdı

Luis Suares müqaviləsinin müddətini uzatdı

Kosta-Rika Futbol Assosiasiyası milli komandanın baş məşqçisi Luis Fernando Suareslə müqavilənin müddətini uzadıb.

Fanat.Az MTİ agentliyinə istinadən xəbər verir ki, kolumbiyalı çalışdırıcı ilə yeni 4 illik anlaşma əldə olunub.

Qurumun prezidenti Rodolfo Villalobos bazar ertəsi 62 yaşlı mütəxəssisin müqaviləsinin DÇ-2026-nın sonuna qədər qüvvədə olduğunu açıqlayıb. Dünya çempionatı tarixində ilk dəfə olaraq 48 komandanın iştirakı ilə keçiriləcək turnir ABŞ, Kanada və Meksikanın birgə təşkilatçılığı ilə baş tutacaq.

Suares ötən ilin iyununda Kosta-Rika millisinin "sükanı arxası"na keçib. Sözügedən komanda Yeni Zelandiyanı məğlub edərək ilin sonunda Qətərdə keçiriləcək turnirə vəsiqə qazanıb. Kosta-Rika altıncı, ardıcıl isə üçüncü dəfə DÇ-də çıxış edəcək. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər