"Liverpul"un və İngiltərənin U-21 millisinin yarımmüdafiəçisi Harvi Elliott karyerasını digər Premyer Liqa təmsilçisində davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı "The Guardian" yayıb.
Məlumata görə, onun xidmətində "Vest Hem" maraqlıdır. Mənbə Mohammed Kudusu 63,8 milyon avroya "Tottenhem"ə satan "çəkicdöyənlər"in əldə etdikləri gəliri Elliotun transferinə yönəltməyə hazır olduqlarını vurğulayıb. Baş məşqçi Qrem Potterin London komandasının heyətini gəcnləşdirməyə çalışdığını da diqqətə çatdırıb.
Ötən mövsüm İngiltərə Premyer Liqasında 18 matça çıxan 22 yaşlı Harvi 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı onun transfer qiymətini 30 milyon avro ilə dəyərləndirir.
Xatırladaq ki, Elliot bu il gənclər arasında keçirilən Avropa çempionatının ən yaxşı futbolçusu seçilib.
Nihat