"Liverpul" "Fulhem" yarımmüdafiəçisi Joau Palinya ilə maraqlanır.
Fanat.Az xəbər verir ki, bunu "Daily Mail" yazıb.
"Mersisaydlılar"ın baş məşqçisi Yürgen Klopp 27 yaşlı portuqaliyanı Cud Bellingemə alternativ olaraq görür.
Qeyd edək ki, Palinya 2022-ci ildən "Fulhem" də çıxış edir. Cəmi 7 oyunda meydana çıxıb və 2 qola imza atıb.
Röya