"Liverpul"un ispaniyalı yarımmüdafiəçisi Tyaqo Alkantaranın durumuna aydınlıq gəlib.
Fanat.Az xəbər verir ki, İngiltərə Premyer Liqasının 1-ci turunun "Fulhem"lə (2:2) oyununda zədələn futbolçu təxminən 6 həftə meydana çıxa bilməyəcək.
Bu barədə "The Athletic" məlumat yayıb. Mənbənin məlumatına görə, Alkantara bud nahiyəsindən zədə alıb.
İspaniyalı futbolçu 2021/2022 mövsümündə "Liverpul"un heyətində bütün yarışlarda 39 oyuna çıxıb, iki qol vurub və beş məhsuldar ötürmə edib. Yarımmüdafiəçi 2011-ci ildən İspaniya millisinə çağırılır.
Mirağa