"Mançester Yunayted"in və İngiltərə millisinin sabiq müdafiəçisi, hazırda futbol eksperti qismində fəaliyyət göstərən Rio Ferdinand "Lİverpul"un cari mövsüm ortaya qoyduğu performansı dəyərləndirib.
Fanat.Az xəbər verir ki, "Liverpool Echo" onun dediklərini belə çatdırıb:
"Liverpul"un turnir cədvəlinin zirvəsində mövqe tutacağını, çempionluq uğrunda mübarizə aparacağını gözləmirdim. Düşünürdüm ki, "4-lüy"ə düşmək uğrunda mücadilə edəcəklər. Açığı, çempionluq uğrunda əsas mübarizənin "Mançester Siti" ilə "Arsenal" arasında gedəcəyini proqnozlaşdırmışdım. Ancaq reallıq budur ki, "Liverpul" heyətlə bağlı əla iş görüb".
Qeyd edək ki, 24 oyuna 54 xal toplayan "Liverpul" İPL-in turnir cədvəlinə başçılıq edir. 52 xala malik "Mançester Siti" isə 2-ci pillədə mövqe tutub. Xosep Qvardiolanın komandasının ehtiyatda 1 oyunu da var.