"Arsenal"ın və İngiltərə millisinin sabiq futbolçusu Pol Merson Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində "Liverpul"la "Real Madrid" arasında baş tutacaq cavab görüşünü dəyərləndirib.
Fanat.Az xəbər verir ki, veteran futbolçu "Sky Sports"a açıqlamasında belə deyib:
“Liverpul” “Mançester Yunayted”ə qarşı tarixə düşəcək nəticə əldə etdi. Amma bundan sonra “Bornmut”la oynadı və həmin matça baxıb düşünürsən: “Liverpul"un "Real"a qarşı nə şansı var? Ən azı üç qol vurmaq lazımdır, bu çətin işdir. Çempionlar Liqası tarixinin ən böyük geri dönüşlərindən birinə ehtiyacımız var.
"Barselona" PSJ ilə qarşıdurmada çox uğurlu olsa da, evdə oynadı. "Liverpul" isə ÇL-in qalibi ilə səfərdə qarşılaşacaq. İki qol hardasa inandırıcıdır, amma üç... Məncə, heç bir şans yoxdur".
"Real Madrid" - "Liverpul" bu gün keçiriləcək və Bakı vaxtı ilə 00:00-da başlayacaq. İlk görüş “Liverpul”un 2:5 hesablı məğlubiyyəti ilə nəticələnib.
Mirağa