"Everton"un hücumçusu Rişarlison "Liverpul"un bu mövsüm Çempionlar Liqasını qazanmasını istəmir.
Fanat.Az xəbər verir ki, o, "TNT Sports"un "bu mövsüm Çempionlar Liqasında qalib gəlməsini istəmədiyin komanda varmı" sualına belə cavab verib:
“Liverpul”un qalib gəlməməsini istərdim. Çünki istəsək də, istəməsək də, onlar bizim rəqibimizdir. Biz isə rəqibimizin qalib gəlməsini istəmirik.
Əks halda, "Liverpul" azarkeşləri bizə lağ etmək, əylənmək üçün sosial şəbəkələrə axın edəcəklər. Ona görə də seçim etməli olsam, "Liverpul"un qalib gəlməməsinə üstünlük verərdim”.
Mirağa