“Liverpul”un futbolçusu final matçını buraxacaq

“Liverpul”un futbolçusu final matçını buraxacaq

“Liverpul”un müdafiəçisi Trent Aleksander-Arnold qeyri-müəyyən müddətə sıradan çıxıb.

Fanat.Az “The Times” nəşrinə istinadən xəbər verir ki, ingilis futbolçu fevralın 4-də, İngiltərə kuboku matçının məşqi zamanı dizindən aldığı zədəni ağırlaşdırıb.

O, 25 fevralda “Uembli”də “Çelsi” ilə Liqa kubokunun finalını buraxacaq.

Aleksander-Arnold bu mövsüm 25 oyuna çıxıb, 2 qol vurub və 9 məhsuldar ötürmə verib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər