Bundesliqa təmsilçisi “Maynts” heyətini yeni futbolçu ilə gücləndirib.
Fanat.Az xəbər verir ki, “Liverpul”un mərkəz müdafiəçisi Sepp van den Berq Almaniya klubu ilə anlaşıb.
"Maynts" 21 yaşlı futbolçunu i icarəyə götürüb. Beləliklə Niderlanddan olan müdafiəçi 2024-cü ilin yayına qədər Bundesliqa təmsilçisinin uğurları üçün çalışacaq.
Van den Berq “Zvolle”nin yetirməsidir. O, “Liverpul”a 2019-cu ilin yayında transfer olunub. İngiltərə klubunun əsas komandasında cəmi 4 oyuna çıxan futbolçu 4 il ərzində “Preston Nort End” və “Şalke”də icarədə olub.
Mirağa