İyunun sonunda "Atletiko Madrid"lə olan müqaviləsi qüvvədən düşəcək Luis Suares azad agent kimi İngiltərəyə üz tuta bilər.
Fanat.Az İngiltərə mətbuatına istinadən xəbər verir ki, "Aston Villa" 35 yaşlı hücumçunun xidmətlərində maraqlıdır. Baş məşqçi Stiven Cerrard "Liverpul"da komanda yoldaşı olduğu Suaresin keyfiyyətlərinə bələddir.
Uruqvaylını “Aston Villa” ilə yanaşı, MLS-dən “İnter Mayami” də istəyir.
Suares bu mövsüm "Atletiko"nun heyətində 40 oyun keçirib, 13 qol vurub və 3 məhsuldar ötürmə edib.
Mirağa