"Liverpul"u çalışdırmağa daha iki namizəd bilindi

"Liverpul"u çalışdırmağa daha iki namizəd bilindi

Cari mövsümün sonunda "Liverpul"u tərk edəcək Yürgen Kloppun yerinə daha iki namizədin adları açıqlanıb.

Fanat.Az "The Ahtletic"ə istinadən xəbər verir ki, bunlar Simone İnzagi ("İnter") və Tyaqo Mottadır ("Bolonya").

Məlumata görə, Milan təmsilçisi İnzagi ilə vidalaşmaq niyyətində deyil və sözügedən mütəxəssisin ingilis dilini bilməməsi onun "qırmızılar"ın "sükanı arxası"na keçməsinə mane ola biləcək digər problemdir. Mottaya gəlincə, mənbə 41 yaşlı çalışdırıcının yayda Massimiliano Alleqri postundan gedəcəyi halda, "Yuventus"a rəhbərlik etməyə əsas namizəd sayıldığını xatırladıb.

Daha öncə "Liverpul" rəhbərliyinin Ruben Amorim, Roberto De Dzerbi, Tomas Tuxel və Hans-Diter Fliklə də maraqlandığı barədə informasiyalar yayılmışdı.

Xatırladaq ki, hazırda 67 xalı olan "Liverpul" İPL-in turnir cədvəlinə başçılıq edir.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər