"Şeffild Yunayted"in baş məşqçisi Kris Uaylder İngiltərə Premyer Liqasının 31-ci turunda "Liverpul"dan aldıqları məğlubiyyəti (1:3) şərh edib.
Fanat.Az xəbər verir ki, onun dediklərini "Liverpool Echo" belə çatdırıb:
"Enfild"də oynamaq hamı üçün çətindir. "Liverpul"la bizim aramızda uçurum var. Premyer Liqanın yüksək tempini və gücünü növbəti dəfə hiss etdik. Biz nələrsə etməyə çalışdıq, "Liverpul" isə oyunun sonlarında iki qol vurdu. Futbolçularımızın necə çalışdıqlarını hamı gördü. Əlbəttə, buna görə məğlubiyyəti həzm etmək çətindir. Uşaqlar son görüşlərdə bütün güclərini ortaya qoydular, amma biz fiziki cəhətdən digər İPL komandalarından geri qalırıq. Bunun belə olduğu mövsüm ərzində sezilib".
Nihat