İngiltərə Premyer Liqasının 17-ci turunda öz meydanında "Nyukasl"ı 3:1 hesabı ilə məğlub edən "Liverpul" rekord müəyyənləşdirib.
Fanat.Az "Opta"ya istinadən xəbər verir ki, "qırmızılar" İngiltərə çempionatları tarixində 2000-ci qələbəsini qazanan ilk klub olub.
Mersisaydlılar bu nəticəyə 4227-ci çempionat oyununda imza ata bilib.
Qeyd edək ki, 19 dəfə İngiltərə çempionu adını qazanan "Liverpul" ilk dəfə 1900/1901 mövsümündə ölkə birinciliyinin qalibi olub.
Nihat