"Liverpul"dan 70 milyonluq tranfser

"Liverpul"dan 70 milyonluq tranfser

Tanınmış insayder Fabritsio Romano "Liverpul"un yeni yarımmüdafiəçi ilə müqavilə bağladığı açıqlayıb.

Fanat.Az xəbər verir ki, Romano informasiyanı şəxsi "Twitter" hesabı üzərindən yayıb.

Xəbərə görə, "qırmızılar" Almaniyanın "Leyptsiq" klubunun futbolçusu Dominik Soboslaini heyətinə qatıb. Mənbə Soboslainin tibbi müayinədən uğurla keçdiyini və müddəti 2028-ci ilin yayına qədər olan anlaşmaya imza atdığını bildirib. Macarıstan millisinin üzvünün transferinin "Liverpul"a 70 milyon avroya başa gəldiyi vurğulanıb.

Qeyd edək ki, Dominik 2022/2023 mövsümündə "Leyptsiq" forması ilə bütün turnirlərdə 46 matça çıxıb, 10 qol və 13 məhsuldar ötürmə müəllifi olub.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər