“Liverpul”un heyətində 3 yeni yoluxma qeydə alınıb.
Fanat.Az xəbər verir ki, məlumatı İngiltərə təmsilçisinin baş məşqçisi Yurgen Klopp verib.
Alman mütəxəssis üç futbolçuda koronavirus aşkarlandığını bildirib.
Qeyd edək ki, “Liverpul” Premyer Liqanın 21-ci turu çərçivəsində sabah səfərdə “Çelsi”nin qonağı olacaq.