"Liverpul" yeni baş məşqçi ilə danışıqlara başlayır - Bu, Xabi Alonso deyil 

"Liverpul" yeni baş məşqçi ilə danışıqlara başlayır - Bu, Xabi Alonso deyil 

"Liverpul"un baş məşqçisi Yürgen Kloppun varisi böyük ölçüdə müəyyənləşib.

Fanat.Az xəbər verir ki, "Brayton"un baş məşqçisi Roberto de Zerbi mersisaydlıların yeni çalışdırıcısı ola bilər. 

Bu barədə insayder Ekrem Konur sosial şəbəkə hesabında paylaşım edərək məlumat yayıb. Mənbənin məlumatına görə, ingilis nəhənginin bossları tezliklə italyan məşqçi ilə danışıqlar aparmağı planlaşdırır. 

Eyni zamanda, “qırmızılar”ın sükanı arxasına namizədlərdən digəri hazırda "Bayer Leverkuzen"də çalışan ispaniyalı Xabi Alonsodur. 

Almaniyalı mütəxəssis Yürgen Klopp cari mövsümün sonunda "Liverpul"u tərk edəcək. O, yanvarın sonunda 2023/2024 mövsüm bitdikdən sonra postundan ayrılacağını özü açıqlayıb. Yürgen səkkiz ildir ki, bu vəzifədə çalışır.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər