"Liverpul" vingerini satışa çıxardı - Qiyməti açıqlandı

"Liverpul" vingerini satışa çıxardı - Qiyməti açıqlandı

"Liverpul" bu yay yapon vingeri Takumi Minaminonu satmaqda qərarlıdır.

Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "Twitter" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.

Mənbə "qırmızılar"ın 27 yaşlı futbolçunu 17 milyon avroya satacağını və artıq asiyalı oyunçunu 3 klubun istədiyini vurğulayıb.

"Liverpul" vingerini satışa çıxardı - Qiyməti açıqlandı

2020-ci ilin yanvarında "Zaltsburq"dan transfer edilən Minamino bütün turnirlər daxil olmaqla, son mövsümdə "Liverpul" formasıyla 24 matça çıxıb. Bu qarşılaşmalarda 10 qol vuran vinger 1 məhsuldar ötürmə ilə də yadda qalıb. Onun İngiltərə təmsilçisi ilə olan müqaviləsinin müddəti 2024-cü ilin yayına qədərdir.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər