"Liverpul" heyətinə yeni futbolçu cəlb etmək fikrindədir.
Fanat.Az AS-a istinadən xəbər verir ki, "mersisaydlılar" "Atletiko"nun universal yarımmüdafiəçisi Saul Niqes ilə maraqlanırlar.
Xəbərə görə, artıq Madrid klubuna rəsmi müraciət göndərilib. "Liverpul" 26 yaşlı ispan futbolçu üçün 40 milyon avro təklif edir.
Qeyd edək ki, klubun aparıcı üzvlərindən olan Niqesin "Atletiko" ilə müqaviləsi 2026-cı ilə qədərdir.
Röya