"Liverpul" Salahı yenidən itirdi

"Liverpul" Salahı yenidən itirdi

"Liverpul"un ulduz hücumçusu Məhəmməd Salah bud nahiyəsindən aldığı zədəsini yeniləyib. 

Fanat.Az xəbər verir ki, bu barədə "Kora Plus" məlumat yayıb. 

Mənbənin məlumatına görə, 31 yaşlı forvard zədə səbəbindən İngiltərə Premyer Liqasının 26-cı turunun “Luton”la oyununda iştirak etməyəcək.  Görüş fevralın 21-də Enfild stadionunda baş tutacaq. 

Məhəmməd Salah bu mövsüm Mersisayd klubunun heyətində 28 matçda iştirak edib. Misirli hücumçu bu görüşlərdə 19 qol vurub və 10 məhsuldar ötürmə edib. 

İngiltərə Premyer Liqasında 25 turun nəticələrinə əsasən, Yürgen Kloppun yetirmələri 57 xal toplayıb və turnir cədvəlində birinci yerdədir.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər