"Liverpul"un hücumçusu Məhəmməd Salah karyerasını Səudiyyə Ərəbistanında davam edtirə bilər.
Fanat.Az xəbər verir ki, məlumatı "NTV Spor" yayıb.
Xəbərə görə, misirli forvard "Əl Hilal"ın diqqət mərkəzindədir. Mersisayd təmsilçisinin də ulduz forvardını satmağa müsbət yanaşdığı bildirilir. İngiltərə nəhəngi təcrübəli hücumçunun satışından 100 milyon avro qazanmağı hədəfləyir.
Qeyd edək ki, Salah 2017-ci ildən "Liverpul"un şərəfini qoruyur.
Nahid Məmmədov