İngiltərənin "Liverpul" klubu misirli hücumçusu Məhəmməd Salahın (Mohamed Salah) DÇ-2022-nin seçmə oyunlarında öz millisinin (Misir) heyətində iştrak etməsinə icazə verməyəcək.
Fanat.Az xəbər verir ki, bu barədə Misir Futbol Federasiyası (EFA) öz rəsmi saytında məlıumat yayıb.
Məlumatda deyilir: "Misir Futbol Federasiyası "Liverpul" klubundan üzrhaxlıq məktubu alıb. Məktubda klubun Məhəmməd Salahı DÇ-2022-nin seçmə mərhələsində Anqola və Qabon millisinə qarşı keçiriləcək oyunlara buraxa bilməyəcəyi qeyd olunub. Buna səbəb kimi İngiltərənin sərtləşdirilmiş karantin qaydalarının olduğu göstərilir. Belə ki, futbolçular ölkələrində keçirdiyi müddətdən sonra İngiltərədə mütləq karantində qalmalı olacaqlar bu isə klubun planlarına daxil deyil.
Həmin məktubda "Liverpul" klubu federasiyanın onların bu qərarını anlayışla qarşılayacaqlarına ümid etdiyi də bildirirlir. Klub həm də digər legionerlərlə bağlı eyni tədbiri gördüyünü qeyd edib."
Xatırladaq ki, hazırda "Liverpul" İPL-də iki tura 6 xal toplayaraq liderlər siyahısında yer alır.
Emin Şəmsiyev