"Liverpul"un misirli hücumçusu Məhəmməd Salah klubu ilə müqaviləsini uzatmaq niyyətindədir.
Fanat.Az "The Sun" nəşrinə istinadən xəbər verir ki, futbolçu daha öncə iddia olunduğu kimi həftəsinə 500 000 funt sterlinq tələb etmir.
Cari mövsümə yaxşı start verən 29 yaşlı forvard "mersisaydlılar"ı olduqca razı salıb. Hazırda klub Salahala cari müqaviləsini uzatmaq üçün yeni təkliflər hazırlayır. Futbolçunun da klubda qalmaq niyyətində olduğu bildirilir.
Qeyd edək ki, Salah üçün "Liverpul" PSJ, "Real Madrid", "Mançester Yunayted" kimi klublardan qeyri-rəsmi təkliflər gəlib.
Xatırladaq ki, hücumçunun cari müqaviləsi 2023-cü ilə qədər nəzərdə tutulub.
Emin Şəmsiyev